HAQQIMIZDA

``19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ`` MMC

Tariximiz

“19 saylı Tikinti Təmir İdarəsi” MMC 13.04.2011-ci il tarixdən Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə fəaliyyət göstərməyə başlamışdır.
“19 saylı Tikinti Təmir İdarəsi” MMC fəaliyyət göstərdiyi illər ərzində daima yüksək keyfiyyət, peşəkarlıq və etibarlılıq prinsiplərini əldə rəhbər tutmuş, iş prosesində tikinti normalarına və beynəlxalq standartlara, tikintidə təhlükəsizlik qaydalarına tam əməl olunmaqla bir çox layihələrə imza atmışdır.
Şirkətimizin əsas fəaliyyət sahəsi olaraq yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri, qazanxanaların və nasosxanaların tikintisi və avadanlıqlarla təchizatı, binaların elektrik xətlərinin, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin, sahədaxili və sahəxarici su xətlərinin çəkilməsi, abadlıq-yaşıllaşdırma işlərinin görülməsi və digər bütün növ tikinti quraşdırma işlərini qeyd edə bilərik.
“19 saylı Tikinti Təmir İdarəsi” MMC yüksək peşəkarlığa malik işçi kollektivinə, mühəndis-texniki heyətə və böyük maddi-texniki bazaya malik olmaqla yanaşı, eyni zamanda inşaat və memarlıq sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək tikinti prosesində özünəməxsus metod və texnologiyalardan istifadə edir.

FƏALİYYƏTİMİZ RƏQƏMLƏRLƏ

0

Fəaliyyət İllərimiz

0

Bitmiş Layihələr

Bİzİm Tərəfdaşlarımız